“Real”da milyonlar qazanırdı, 460 manatlıq müqavilə imzaladı

22:14 - 11 Oktyabr 2020

Braziliya millisinin keçmiş üzvü Robinyonun yeni klubunun adı bəlli olub. 


Sportal.az xəbər verir ki, 36 yaşlı futbolçu karyerasını ölkəsində davam etdirəcək. O, keçmiş klubu “Santos”la 5 aylıq müqavilə imzalayıb. 


“Real”, “Mançester Siti”, “Milan” kimi komandalarda milyonlar qazanan futbolçunun köhnə-yeni klubundakı maaşı isə hər kəsi təəccübləndirib. Robinyonın aylıq qazancı 1500 Braziliya Realı (460 AZN) olacaq. 

 

Robinyo maaşının az olması ilə bağlı bunları deyib: "Santos" çətin günlərini yaşayır. Mənim də köməklik etməyimin vaxtı gəlib. Köməklik etməyim üçün geri dönməyim kifayət etmir. Çox aşağı maaşa oynamaq mənim üçün problem deyil". 


Qeyd edək ki, Robinyo son olaraq Türkiyənin “Başakşəhər” klubunda forma geyinib.

Xəbər xətti