Ronald Kuman Suarezin komandadan getmə səbəbini açıqlayıb

11:27 - 12 Oktyabr 2020

"Barselona"nın baş məşqçisi Ronald Kuman maraqlı açıqlamalar verib.

 

Sportal.az-ın xəbərinə görə, təcrübəli mütəxəssis "Goal" nəşrinə verdiyi müsahibədə Luis Suarezin komandadan getməsinin səbəbini açıqlayıb. Onun sözlərinə görə komandanın daha cavan oyunçulara etimad göstərməsi zəruri idi:

 

"Suarez məşqlərdə özünü yaxşı göstərirdi və öz üzərində çalışırdı. Nəhayət, getmə qərarını verdi. Ancaq mən ona demişdim ki: "Əgər klubda qalsan, yenə heyətin əsas üzvü olacaqsan. Mənə sənin haqda yanıldığımı sübut etməlisən". Suarezin qərarına hörmət edirəm. "Barselona"nın cavanlaşmağa ehtiyacı vardı"

 

Luis Suarez "Barselona"dan "Atletiko" (Madrid) komandasına keçid edib.

Xəbər xətti