“Bavariya”nın futbolçusu David Alaba komandasını dəyişə bilər.
Sportal.az xəbər verir ki, 28 yaşlı müdafiəçi “Yuventus” ilə ilkin müqavilə imzalayıb. Avstriyalı oyunçu Münhen təmsilçisi ilə müqaviləsinin müddəti başa çatacağı bu mövsümdən sonra azad agent kimi "Yuventus"a keçəcək.
Bundan əvvəl Alaba Bundesliqa klubundan illik 25 milyon avro maaş olmaqla 5 illik müqavilə tələb etmişdi.
saytlarin hazirlanmasi
