5 il sonra ilk dəfə - Levandovski əvəzləndi

11:52 - 12 Oktyabr 2020

Millətlər Liqasının III turu çərçivəsində Polşa yığması İtaliya ilə qarşılaşıb. Oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Sportal.az xəbər verir ki, polşalıların hücumçusu Robert Levandovski matçın 83-cü dəqiqəsində əvəzlənib. Buna səbəb ulduz futbolçunun zədələnməyi olub.

 

Polşa mətbuatının məlumatına əsasən, Robert Levandonvski 5 il sonra ilk dəfə milli heyətində meydanda 90 dəqiqəni tam keçirə bilməyib. O, sonuncu dəfə 2015-ci ildə Cəbəli-Tariq millisinə qarşı (8:1) oyunda meydanı vaxtından əvvəl tərk etmişdi

Xəbər xətti