Monteneqro Futbol Assosiasiyasından qalmaqallı paylaşımla bağlı açıqlama

17:19 - 12 Oktyabr 2020

Monteneqrolu futbolçu Andriya Draqoyeviçin Monteneqro - Azərbaycan (2:0) matçının nəticəsini özünün instaqram hesabında paylaşaraq Ermənistan və Qondarma Dağlıq Qarabağ Respublikasına dəstək olmasından xəbərdarsız.

 

Sportal.az xəbər verir ki, bu ölkənin futbol assosiasiyası məsələyə münasibətini ifadə edib. Qurumun rəsmi saytında Azərbaycanın Monteneqrodakı səfirliyinin bu ölkənin Xarici İşlər Nazirliyinə müraciətinə cavab olaraq deyd edilib:

"Ermənistanın "Alaşkert" klubunun qapıçısı Andriya Draqoyeviç hazırda Monteneqro millisinin üzvü deyil və onun instaqram sosial şəbəkəsində paylaşımı Monteneqro millisinin və ya Monteneqro Futbol Assosiasiyasının Qağlıq Qarabağdakı hazırkı situasiya ilə bağlı rəsmi mövqeyini ifadə etmir.

Monteneqro Futbol Assosiasiyası siyası təşkilat deyil və fəaliyyəti ilə bizi hər mənada ayıranların deyil, ümumi dəyərlərin tərbiyəsini təşviq etməyə çalışır. Bu çərçivədə Monteneqro Futbol Assosiasiyası Dağlıq Qarabağdakı konfliktin ən qısa zamanda dayanacağına və ərazidə yenidən sülhün bərqərar olacağına ümid edir".

AFFA Draqoyeviçin paylaşımı ilə bağlı UEFA-ya şikayət edib.

Xəbər xətti