La Liqanın prezidenti Xavyer Tebas "Barselona"dan ayrılmağın Messi üçün doğru olmayacağını söyləyib.
Sportal.az xəbər verir ki, o, bunun çempionatdan çox, argentinalının özünı mənfi təsir edcəyini bildirib:
"Həmişə dediyim kimi, Messini La Liqada izlməyə davam etmək istəyirn. Əgər "Barselona"da qalsa, klub üçün çox yaxşı olar. Klub və futbolçu arasındakı birlik həm oyunçu, həm də liqa üçün yaxşıdı. "Barselona"dan ayrılmağın Messi üçün doğru fikir olduğunu düşünmürəm. Bu, futbolçu kimi bəlkə də yaxşı ola bilər, ancaq futbol industriyasındakı Messi üçün uğursuz olar. Əsas odu ki, qalır. Onu da deməliyəm ki, La Liqanın yayım hüququnu növbəti 4 il üçün bütün dünyaya satmışıq. Messi və Barselona arasındakı krizis dönəmində heç kim razılığı ləğv etmək məqsədi ilə müraciət etmədi".
