"Vilyarreal"ın hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

18:13 - 12 Oktyabr 2020

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Vilyarreal" itki ilə üzləşib.

Sportal.az xəbər verir ki, komandanın hücumçusu Jerar Moreno zədələnib. 28 yaşlı forvard məşq zamanı sol ayaq budundan xəsarət alıb.

Oyunçunun təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Buna görə də onun qrup mərhələsinin II turunda  "Qarabağ"la matçı buraxa bilər.

29 oktyabrda keçiriləcək  "Qarabağ" - "Vilyareal" qarşılaşması 21:55-də başlayacaq.

Xəbər xətti