"İndiki məqamda oyuna köklənmək çətindi" - Qara Qarayev

21:06 - 12 Oktyabr 2020

UEFA Millətlər Liqasında sabah “Elbasan Arena”da keçiriləcək Azərbaycan – Kipr oyunu öncəsi yığmamızın futbolçusu Qara Qarayev fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, belə durumda matça köklənməyin çətin olduğunu söyləyib:

“Monteneqro ilə bizim adət etmədiyimiz vaxtda oynadıq. Meydanın vəziyyəti də istənilən səviyyədə deyildi. Təbii ki, bunlar bəhanə olmamalıdı.

Məğlubiyyət futbolçularda narahatlıq yaradıb. Kiprlə millisi oyuna daha çox diqqət ayırmışıq. Baş məşqçi rəqibi yetərincə analiz edib. Biz də lazım olan məlumatı toplamışıq. Kiprin heytində dəyişiklik var. Əlimizdən gələni edəcəyik ki, sabah qələbə qazanaq.

İndiki vəziyyətdə oyuna köklənmək çox çətindi. İstirahət vaxtlarımızda ölkədə və cəbhədə baş verən hadisələri izləyirik. Bu cür məlumatlar əsasında oyuna köklənmək işimizi çətinləşdirir. Çünki bütün fikrimiz cəbhədə mübarizə aparan hərbçilərimizin yanındadı. Onlar canları bahasına orada mübarizə aparırlar. İnanram ki, bu dəfə daha yaxşı motivasiya olacaq və lazım olan nəticəni əldə edəcəyik”.

Xəbər xətti