U-21 Gürcüstana məğlub oldu - YENİLƏNİB

20:50 - 13 Oktyabr 2020

Azərbaycan U-21 millisi AVRO-2021-in seçmə mərhələsində növbəti matçına çıxıb.

Sportal.az xəbər verir ki, II qrupda yer alan Milan Obradoviçin yetirmələri Gürcüstanla üz-üzə gəlib.

Bakıda bu rəqibə 0:3 hesabı ilə uduzan yığmamız Qoridəki görüşdə də yenilgi ilə üzləşib. Bu dəfə gürcülər minimal hesabla üstün olub - 1:0.

9 matçda 6 xal toplayan milli 6 komanda arasında 5-cidi.

AVRO-2021-in seçmə mərhələsi
II qrup

13 oktyabr

19:00. Gürcüstan – Azərbaycan - 1:0

Qol: Quliaşvili, 42
Baş hakim: Dmitri Dmitriyev (Belarus)
Qori. Tengiz Burjanadze stadionu

Xəbər xətti