"Borussiya"da yeni müqavilə

13:52 - 13 Oktyabr 2020

"Borussiya" Sebastyan Kel ilə müqavilənin müddətini uzadıb. Sportal.az xəbər verir ki, bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb.

Yeni müqaviləyə əsasən, Sebastyan 2022-ci ilin sonuna qədər Dortmund təmsilçisinin direktoru kimi çalışmağa davam edəcək. 40 yaşlı mütəxəssis 2018-ci ildən "Borussiya"da işləyir.

Almaniya yığmasının sabiq yarımmüdafiəçisi karyerasının böyük hissəsini (2002-2015) məhz "Borussiya"da keçirib.

Xəbər xətti