Ronaldo koronavirusa yoluxdu

20:30 - 13 Oktyabr 2020

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo koonavirusa yoluxub. Sportal.az xəbr verir ki, Portuqaliya millisinin düşərgəsində olan forvarddan götürülən testin nəticəsi müsbət çıxıb.

Məlumatı Portuqaliya Futbol Federasiyası yayıb. Bildirilir ki, Ronaldo xəstəliyi simptomsuz keçirir. Yığmanın heyətindən çıxarılan 35 yaşlı oyunçu karantinə alınıb.

Ronaldonun test nəticəsinin pozitiv çıxmasından sonra bütün futbolçulardan nümunələr götürülüb və hamısı mənfi çıxıb.

Xəbər xətti