Krivotsyuk cəzalı duruma düşdü

21:04 - 13 Oktyabr 2020

Azərbaycan millisinin üzvü Anton Krivotsyuk cəzalı duruma düşüb.

Sportal.az xəbər verir ki, Kiprə qarşı hazırda davam edən qarşılaşmanın ilk yarısında sarı vərəqə aldığından Monteneqroya qarşı növbəti matçı buraxacaq. 5-ci dəqiqədə kart görən Krivotsyuk turnirdə 2-ci dəfə analoji cəzaya məruz qalıb. Qaydalara görə, o, növbəti oyunu buraxmalıdı.

Azərbaycan - Monteneqro görüşü noyabrın 14-də keçiriləcək.

Xəbər xətti