"Qəbələ"nin sabiq futbolçusu Dodo Ermənistan silahlı qüvvələrinin atdığı raket nəticəsində Gəncədə baş verən hadisəyə reaksiya göstərib.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu bununla bağlı özünün instaqram hesabında paylaşım edib. O, üzərində “erməni terroruna son”, “Gəncə üçün dua et” yazılan şəkli paylaşıb.
Oktyabrın 11-də Ermənistan ordusunun Gəncədə yaşayış ərazisini raket atəşinə tutması nəticəsində 10 mülki şəxs ölüb, 40-dan çox insan yaralanıb.

