Avropa çempionatının seçmə mərhələsində, oktyabrın 23-də Polşa və 27-də Çexiya yığmaları ilə qarşılaşacaq qadınlardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Sportal.az qeyd olunmuş oyunlara hazırlıq məqsədilə oktyabrın 14-dən 20-dək Bakıda təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasına dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Qeyd: Alina Dorofeyeva, Kristina Bakarndze, Diana Məmmədova oktyabrın 17-də, Nisrina Zerioul isə oktyabrın 21-də milli komandaya qoşulacaqlar.
| N | SOYAD | AD | KLUB |
| 1 | Şərifova | Aytac | FK Hakkarigücü (Türkiyə) |
| 2 | Əskərzadə | Elvira | FK 8 – İOEUGiM |
| 3 | Əliyeva | Nərgiz | FK Marxal |
| 4 | Mirzəliyeva | Nigar | FK Marxal |
| 5 | Məmmədova | Kamilla | FK Uğur |
| 6 | Hacıyeva | Nərgiz | FK Fatih Vətən (Türkiyə) |
| 7 | Acar | Yeliz | FK Fatih Vətən (Türkiyə) |
| 8 | Məhsimova | Jalə | FK Zenit (Rusiya) |
| 9 | Dorofeyeva | Alina | FK Yenisey (Rusiya) |
| 10 | Əhmədova | Ayşən | FK Okjetpes (Qazaxıstan) |
| 11 | Guliyeva | Roza | FK Okjetpes (Qazaxıstan) |
| 12 | Bozkaya | Nəslihan | FK Kəmər ( Türkiyə) |
| 13 | Bakarandze | Kristina | FK Hakkarigücü (Türkiyə) |
| 14 | Əliyeva | Aysun | FK Fatih Vətən (Türkiyə) |
| 15 | Sərdarlı | Rövşanə | FK Okjetpes (Qazaxıstan) |
| 16 | Rəhimova | Sona | FK 8 – İOEUGiM |
| 17 | Əliyeva | Coşqunə | FK Marxal |
| 18 | Məmmədova | Diana | FK Yenisey (Rusiya) |
| 19 | Hacıyeva | Vüsalə | FK İjevsk (Rusiya ) |
| 20 | Seyfəddinova | Vüsalə | FK ALG Spor (Türkiyə) |
| 21 | Zerioul | Nisrina | VFL Bochum (Almaniya) |
