"Qarabağ"ın rəqibində daha bir itki

15:25 - 14 Oktyabr 2020

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Vilyarreal" daha bir itki ilə üzləşib.

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisinin futbolçusu Pervis Estupinyan Ekvador millisinin Uruqvayla qarşılaşdığı matçda (4:2) zədələnib. Oyunun 73-cü dəqiqəsində xəsarət alaraq, meydanı tərk edən müdafiəçinin hansə müddətə yaşıl meydanlardan kənar qalacağl tibbi müayinədən sonra bilinəcək.

"Vilyarreal"da bundan əvvəl hücumçu Jerar Moreno zədələnmişdi. Sofian Çakla isə koronavirusa yoluxub.

"Qarabağ" Avropa Liqasının İ qrupunda "Vilyarreal" (İspaniya), "Makkabi" (İsrail) və "Sivasspor"la (Türkiyə) ilə mübarizə aparacaq.

Xəbər xətti