"Qarabağ"ın legioneri Donald Gerye Ermənistan silahlı aüvvələrinin Gəncə şəhərində törətdiyi terror nəticəsində valideynlərini itirən uşaqla bağlı paylaşım edib.
Sportal.az xəbər verir ki, 31 yaşlı haitili müdafiəçi azyaşlının valideyninin məzarı üzərindəki fotosunu paylaşıb. Gerye hadisəyə üzüldüyünü bildirib.
Donald Polşa mətbuatına açıqlamasında Azərbaycan xalqının öz vətəni uğrunda döyüşdüyünü açıqlamışdı.
.jpg)
