"Hatayspor"un üç futbolçusunda koronavirus aşkarlanıb.
Sportal.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Onların adı açıqlanmayıb. Hər üç futbolçu karantinə alınıb.
Super Liqanın debütantı olan "Hatayspor" geridə qalan 4 turda 7 xal toplayıb və 7-ci sırada qərarlaşıb.
