"Qarabağ"ın rəqibində kütləvi yoluxma

21:20 - 14 Oktyabr 2020

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan İsrailin "Makkabi" (Təl-Əviv) sklubunda on bir neçə həftədə koronavirusa kütləvi yoluxma halları baş verib.

Sportal.az "Sport1" nəşrinə istinadən xəbər verir ki, indiyədək paytaxt təmsilçisinin 12 futbolçusunun testi pozitiv çıxıb. Virusa yoluxan futbolçuların əksəriyyəti sağalaraq sıraya qayıdıb. Son olaraq, Ofir Davidzada və Den Bitton komanda ilə birlikdə məşqlərə başlayıb. Lakin onların I qrupunda ilk turunda "Qarabağ"la oyununda iştirakı sual altındadı.

Oktyabrın 22-də keçiriləcək "Makkabi" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Xəbər xətti