"Sivasspor" - "Qarabağ" matçına azarkeşlər buraxıla bilər - rəsmi müraciət edildi

23:03 - 14 Oktyabr 2020

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyənin "Sivasspor" klubu turnirdə keçirəcəyi ev oyunlarında azarkeşlərin tribunalara buraxılmasını istəyir.

Sportal.az xəbər verir ki, sivaslılar ölkəni Çempionlar Liqasında təmsil edəcək "Başakşəhər"lə birlikdə Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edib. Bu barədə İstanbul klubunun prezidenti Göksel Gümüşdağ məlumat verib. O, yerli mətbuata bildirib ki, UEFA tribunaların 30 faizinin doldurulmasına icazə verir və yerli fedarasiya da buna imkan yaratmalıdı:

"TFF-yə tələb məktubu göndərmişik. Federasiya rəhbərliyi də bunun üzərində düşünəcəklərini bildirib. "Sivasspor" da bir yazı yazdı. Avropada oynayacağımız matçlarda rəqiblərimiz kimi, biz də 30 faizlik azarkeş haqqımızdan istifadə etmək istəyirik. Tələbimiz budu. Ən azında pilot layihə ola bilər. Sosial məsafə və qaydalara riayət edilməklə TFF bunu mərhələli şəkildə Super Liqada da tətbiq edə bilər".

"Qarabağ" "Sivasspor"la səfər oyununu III turda, noyabrın 5-də keçirəcək.

Xəbər xətti