"Yuventus"un futbolçusu Kriştiano Ronaldonun bacısı Katya Aveyru qardaşının koronavirusa yoluxmasına reaksiya verib.
Sportal.az xəbər verir ki, o, şəxsi instaqram hesabında etdiyi paylaşımda Ronaldonun əslində sözügedən virusa yoluxmadığını və ümumiyyətlə, bu xəstəliyə
inanmadığını yazıb:
"Kriştiano bütün dünyanı oyatmağa kömək etsə, aydın olacaq ki, bu portuqaliyalını Allahın özü göndərib. Çox sağ ol! İnanıram ki, minlərlə insan da mənim kimi pandemiya, testlər, ehtiyat tədbirlərini anlayacaq. Bu, həyatımda ən böyük fırıldaqçılıqdı. Bu gün "Bəsdi dünyanı aldatdız" ifadəsini oxuyaraq, alqışladım. Zəhmət olmasa, gözlərinizi açın".
Ronaldo 10 gün karantində qalaraq,"Yuventus"un ən azı iki oyununu buraxacaq.
