"Qarabağ"ın ilk rəqibi koronavirus testlərinin nəticəsini açıqladı

13:50 - 15 Oktyabr 2020

Avropa Liqasında I qrupunun ilk turunda "Qarabağ"ı qəbul edəcək İsrailin "Makkabi" klubunun üzvləri növbəti dəfə koronavirus testindən keçib.

Sportal.az xəbər verir ki, Tel-Əviv təmsilçisi bütün analizlərin nəticəsi mənfi çıxdığını rəsmən açıqlayıb. Son bir neçə həftədə klubun 12 futbolçusu virusa yoluxmuşdu ki, onların əksəriyyəti artıq komanda ilə birlikdə məşqlərdə iştirak edirlər.

Oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər xətti