"CBC Sport" erməni futbolçuya görə "Roma"nın oyunlarının yayımını dayandırdı

15:20 - 15 Oktyabr 2020

Azərbaycanda İtaliya A Seriyasının yayım hüququna sahib olan "CBC Sport" "Roma"nın oyunlarını efirə verməyəcək.

Sportal.az xəbər verir ki, bu barədə kanalın şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli "Futbol+" qəzetinə açıqlamasında bildirib. O, daxili qərarla "Roma"nın oyunlarının yayımını dayandırdıqlarını söyləyib. Əfsərli bildirib ki, A Seriyası klubunun erməni futbolçusu Henrix Mxitaryan klubdan ayrılana qədər bu, belə davam edəcək.

Əlavə edək ki, "Roma" bir neçə gün əvvəl Ermənistana yardım göndərmişdi.

Xəbər xətti