Ukraynanın "Aleksandriya" klubunun kollektivi koronavirus testindən keçib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi komandada 27 nəfərdə infeksiya aşkarlandıb. Məlumatı klubun mətbuat xidməti yayıb. Bildirilib ki, onlardan 15-i evlərində karantinə alınıb, 11-i ailə həkiminin nəzarəti altında, 1-i isə xəstəxanada müalicə alır.
Koronavirusa yoluxan bütün futbolçuların temperaturunun normal olduğu, onlarda simptomların müşahidə olunmadığı bildirilir.
"Aleksandriya" oktyabrın 18-də Ukrayna Premyer Liqasının VI turunda "İnqulets"lə qarşılaşmalıdı.
