"Qarabağ"ın AVropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyənin "Sivasspor" klubunun prezidenti Mecnun Otyakmaz açıqlama verib.
Sportal.az xəbər verir ki, maraqlı qrupa düşdüklərini və qardaş ölkənin komandası ilə qarşılaşacaqlarını söyləyib:
"Ölkəni Avropa Liqasında təmsil edən yeganə komanda bizik. Bunun üçün bir az həyacanlıyıq və məsuliyyəti dərk edirik. Nəticələrimiz ölkənin reytinqi baxımından da əhəmiyyətlidi. Rəqibimiz Şotlandiya ilə aramızda xal fərqi azdı. Onların komandaları "Başakşəhər" və "Sivasspor"dan çox xal toplasalar, aşağı pilləyə düşəcəyik. Bəlkə də, çempion olan komanda Çempionlar Liqasının pley-offunda oynayacaq. Bu səbəbdən, önəmli vəzifəmiz var. Maraqlı qrupa düşmüşük, İspaniya "Vilyarreal"ından sonra "Makkabi" və "Qarabağ" ilə oynayacağıq. Bizi maraqlı matçlar gözləyir. Qardaş ölkənin komandası ilə görüşəcəyik".
Otyakmaz ev oyunlarında azarkeşlərin 30 faizinin iştirakı üçün UEFA-ya və Türkiyə Futbol Federasiyasına müraciət etdiklərini də xatırladıb.
"Qarabağ" "Sivaspor"a qarşı ilk oyununu noyabrın 5-də səfərdə, ikinci qarşılaşmasını isə noyabrın 26-da evdə keçirəcək.
