AVRO-2020 Bakıdan alına bilər

10:35 - 16 Oktyabr 2020

AVRO-2020-nin formatı dəyişdirilə bilər. 

Sportal.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, UEFA koronavirus pandemiyası səbəbindən yarışa ev sahibliyi edəcək şəhərlərin sayını azaltmaq niyyətindədi. Hətta final mərhələsinin1 ölkənin 4 stadionunda keçirilməsi müzakirə edilir. Bu addım pandemiya dövründə komandaların az səfər etməsi məqsədilə atılacaq.

Bildirilir ki, Dağlıq Qarabağda baş verən hadisələrə görə Bakı, həmçinin Sankt-Peterburq siyahıdan çıxarılan ilk şəhərlər olacaq.

12 ölkədə keçirilməli olan AVRO-2020 koronavirus səbəbindən 2021-ci ilə təxirə salınıb.

Xəbər xətti