Dünya çempionu B Seriyası klubunda

10:55 - 16 Oktyabr 2020

Braziliya millisinin sabiq baş məşqçisi Luis Felipe Skolarinin yeni işyeri bilinib. Sportal.az xəbər verir ki, 72 yaşlı mütəxəssis "Kruzeyro"ya dönüb.

Onunla 2 illik müqavilə imzalanıb. B Seriyasında çıxış edən "Kruzeyro" 15 turdan sonra 12 xalla autsayderlər qrupunda qərarlaşıb.

Skolari 2002-ci ildə Braziliya yığmasını dünya çempionu edib.

Xəbər xətti