"Neftçi" kimi bir komandaya gəldiyim üçün şadam" - VİDEO

11:26 - 16 Oktyabr 2020

"Neftçi"nin yeni transferi Bruno Teluşi klubun televiziyasına açıqlama verib.

Sportal.az xəbər verir ki, yeni komandasına kömək olmaq üçün var gücünü ortaya qoyacağını söyləyib:

"Belə bir komandaya gəldiyim üçün şadam. Sevinirəm ki, öz ənənəsi, titulları və tarixi olan klubun üzvüyəm. Yeni komandama kömək etmək üçün var gücümü ortaya qoyacağam. Albaniyanın "Neftçi"dəki ilk təmsilçisi kimi komandanın uğurlu çıxışı üçün maksimum çalışacağam. Əlimdən gələn ən yaxşısını etməyə çalışacağam. Komandanın uğurlarında pay sahibi olmaq istəyirəm. Çalışacağam ki, "Neftçi" mümkün qədər çox qələbə və çempionluq qazansın".

Bruno Teluşi ilə mövsümün sonunadək müqavilə imzalanıb.


Xəbər xətti