"Barselona"da ciddi itki

12:47 - 16 Oktyabr 2020

"Barselona" daha bir ciddi itki ilə üzləşib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Miralem Pyaniç Bosniya və Herseqovina yığmasının düşərgəsində zədələnib.

O, Millətlər Liqasında Polşa ilə səfər oyununda (0:3) sıradan çıxıb. Futbolçu belindən ağır zədə alıb. Oyunu davam etdirə bilməyən yarımmüdafiəçi 33-cü dəqiqədə əvəzlənib. Pyaniçin zədəsinin nə dərəcədə ciddi olduğu yaxın günlərdə dəqiq bilinəcək.

"Barselona"da Jordi Alba və Junior Firpo da zədəlidi.

Xəbər xətti