Mourinyonun zarafatı: "Jurnalistlərdən ötrü darıxmışdım"

14:59 - 16 Oktyabr 2020

İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Joze Mourinyo maraqlı açıqlamalar verib. Sky Sports nəşrinə danışan təcrübəli mütəxəssis milli fasiləsi haqda danışıb.

 

Sportal.az-ın xəbərinə görə, portuqaliyalı məşqçi fasilə zamanı futbolçularından ötrü darıxdığını deyib. Onun sözlərinə görə, milli qoşulmayan oyunçularla ciddi hazırlıqlar keçib:

 

"Milli komandalarla əlaqədar yaranmış fasilədə jurnalistlərdən ötrü darıxırdım. Təbii ki, zaraft edirəm. Futbolçularımdan ötrü darıxırdım. Milliyə qoşulmayan oyunçularla yaxşı hazırlıq keçdiyimizi düşünürəm"

Xəbər xətti