"Köln"ün futbolçusu Jonas Hektor Almaniya millisindəki çıxışını başa vurub.
Sportal.az xəbər verir ki, bu barədə oyunçu özü yerli mətbuata açıqlama verib.
2014-cü ildə yığmada debüt edən 30 yaşlı yarımmüdafiəçi millinin heyətində 43 matça çıxıb. O, "Bundestim"də son oyununu ötən ilin noyabrında keçirib.
Hektor Almaniya millisi ilə 2017-ci ildə Rusiyada təşkil edilən Konfederasiyalar Kubokunu qazanıb.
