"Tottenhem" yeni transferini açıqladı

21:52 - 16 Oktyabr 2020

"Tottenhem" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Suonsi"dən mərkəz müdafiəçisi Co Rodonu transfer edib. Məlumatı klubun saytı yayıb.

Londonlular 22 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlayıb. Uels millisinin üzvü üçün qarşı tərəfə 11 milyon avro ödənib. Bonuslarla birgə bu məbləğ 15 milyon avroya qədər yüksələ bilər. Rodon yeni komandasında 14 nömrəli formanı geyinəcək.

Xəbər xətti