Uelbekin yeni klubu məlum oldu

11:37 - 19 Oktyabr 2020

Bir neçə gün öncə "Uotford"dan ayrılan Denni Uelbekin yeni klubu olub. Sportal.az xəbər verir ki, 29 yaşlı forvard bundan sonra "Brayton"un uğurları üçün çalışacaq.


Məlumarı sözügedən klubun rəsmi saytı yayıb. Yeni klubuna azad agent kimi keçən futbolçu ilə bir illik müqavilə imzalanıb.

İngiltərə millisinin sabiq üzvü 2019-cu ilin yayından "Uotford"da forma geyinirdi.

Xəbər xətti