Mövsümdə 50-ci qolu kim vurdu?

12:22 - 19 Oktyabr 2020

Azərbaycan Premyer Liqasında mövsümün 50-ci qolu vurulub.

Sportal.az xəbər verir ki, yubiley topunun müəllifi Rəhim Sadıxov olub. “Sumqayıt”ın futbolçusu VI turun “Zirə” ilə ev matçında fərqlənib. Turun son qarşılaşmasında meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.

Ümumilikdə, cari mövsümün baş tutan 23 qarşılaşmasında 52 top vurulub. Orta məhsuldarlıq 2,26-ya bərabərdi.

Mövsümün ilk qolunu avqustun 21-də “Sumqayıt”la səfər oyununda “Keşlə”nin futbolçusu Azər Salahlı vurub.

Xəbər xətti