Azərbaycan millisinin və ABŞ-ın "Feniks Rayzin" klubunun hücumçusu Rüfət Dadaşov USL-in 1/4 finalında "Reno" ilə qaşrılaşmanın (2:2, penaltilər - 5:4) ən yaxşı oyunçusu seçilib.
Sportal.az xəbər verir ki, forvard sözügedın matçda rıqib qapısına 3 zərbə endirib, 4 açar ötürmə edib. Bundan əlavə o, oyunsonrası penaltilər seriyasında sonuncu zərbəni dəqiq yerinə yetirərək, komandasını növbəti mərhələyə yüksəldib.
"Feniks Rayzin" yarımfinalda "El-Paso" ilə qarşılşacaq. Matç oktyabrın 25-də keçiriləcək.
