"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vilyarreal" yeni transferi Xuan Foytu təqdim edib.
Sportal.az xəbər verir ki, "Tottenhem"dən icarəyə götürülən argentinalı müdafiəçi ilə bu mövsümünün sonunadək müqavilə imzalanıb. O, yeni klubunda 8 nömrəli forma ilə çıxış edəcək.
Foyt 2017-ci ildə "Estudiantes"dən "Tottenhem"ə transfer olunub.
