"Milan"ın daha bir futbolçusu koronavirusdan sağaldı

17:41 - 20 Oktyabr 2020

"Milan"ın futbolçusu Leo Duarte koronavirusdan sağalıb.

Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçinin son testi mənfi çıxıb. Onun artıq məşqlərə başladığı bildirilib.

Duarte 22 sentyabrdan karantində idi.

Bundan əvvəl koronavirusa yoluxan Zlatan İbrahimoviç koronavirusdan sağalmışdı.

Xəbər xətti