Alissonun qayıdacağı vaxt məlum oldu

17:57 - 20 Oktyabr 2020

"Liverpul"un zədəli futbolçusu Alisson Bekker tezliklə yaşıl meydanlara qayıdacaq.

Sportal.az "Liverpool Echo"ya istinadən xəbər verir ki, braziliyalı qapıçı artıq fərdi məşqlərə başlayıb. Onun bu ayın sonunda yaşıl meydanlara çıxa biləcəyi bildirilir.

Alisson oktyabrın 5-də çiynindən zədələnmişdi.

Xəbər xətti