"Ufa"da oktyabrın ən yaxşı futbolçusu müəyyənləşib. Sportal.az xəbər verir ki, bu ada komandanın azərbaycanlı futbolçusu Azər Əliyev layiq görülüb.
Məlumatı klubun saytı yayıb. 26 yaşlı yarımmüdafiəçi azarkeşlər arasında aparılmış soğru nəticəsində səslərin 23.7 faizini toplayıb. Onun ən yaxın izləyicisi Komnen Andriç isə 17 faiz səs yığıb.
Azər Əliyev oktyabr ayında 3 oyuna çıxıb və 1 qol vurub.
