"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın VIII turunda "Keşlə" üzərində qələbə (6:1) barədə fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında deyib:
"Yaxşı oyunla vacib qələbə qazandıq. Düzdü, çətinliklərimiz oldu. 90 dəqiqə eyni tempi qoyurub saxlaya bilmərik. Futbolçular səbr və düzgün oyun intizamıyla oynadılar. Ağır səfərdən sonra futbolçularda yorğunluq var idi. Futbolçularım layiqli qələbə qazandılar".
