Yunis Hüseynov: "Futboldu, 0:10 da olur, 0:8 də"

21:56 - 1 Noyabr 2020

"keşlə"nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının VIII turunda "Qarabağ"a məğlubiyyət barədə fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, o, 1:6 hesablı yenilgidən sonra söyləyib:

"Oyun haqda danışılası bir şey yoxdu. İlk qol oyunun qırılma nöqtəsi oldu. 3-cü qoldan sonra da komandanın oyunu alınmadı. 1:6 hesabıyla uduzan komanda haqda deyiləsi nəsə yoxdu. Futboldu, 0:10 da olur, 0:8 də. İkinci qoldan sonra komanda dağınıq futbol oynadı. Erkən qol hər bir komandaya pis təsir edir. Təhlükəli vəziyyət də deyildi. Düzdü, qapıçını da qınamaq düzgün deyil. İkinci qol da səhvdən oldu və komandada ruh düşkünlüyü yarandı. Səhvlərdən nəticə çıxarmaq lazımdı. Hər komandada belə məğlubiyyətlər olur. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Bir oyunla heç nə bitmir".

Xəbər xətti