Roy Kin: "Sulşer bu oyunçularla işini itirəcək"

17:16 - 2 Noyabr 2020

"Mançester Yunauyted"in əfsanəsi Roy Kin komandanın çıxışından danışıb.

Sportal.az xəbər verir ki, irlandiyalı mütəxəssis "qırmızı şeytanlar"a görə narahat olduğunu söyləyib:

"Sulşer bu oyunçularla öz işini itirəcək. Mən həqiqətən də "Mançester Yunayted"ə görə narahatam. Komandada enerji, istək və keyfiyyət çatışmır. Bu, həqiqətən də məni narahat edir. Sabiq komandamda lider oyunçu görmürəm. Klub özünə gəlmək üçün hələ uzun yol keçməlidi".

Ole-Qunnar Sulşerin rəhbərlik etdiyi MY 6 oyuna 7 xal toplayıb və Premyer Liqanın turnir cədvəlində 15-ci pillədə qərarlaşıb. 

Xəbər xətti