Super Liqa klubu baş məşqçisini göndərdi

12:56 - 3 Noyabr 2020

"Kasımpaşa" baş məşqçisi Mehmet Altıparmakla yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. Ayrılığa klubla baş məşqçi arasında fikir ayrılığı səbəb olub.

Mehmet Altıparmak bu mövsümün əvvəlindən "Kasımpaşa"nı çalışdırırdı. Onun rəhbərliyi altında 7 oyuna çıxan komanda 11 xalla 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti