"Ayaks"ın 11 futbolçusu Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Midtyullan"la oyun öncəsi koronavirusa yoluxub.
Sportal.az xəbər verir ki, Niderland təmsilçisi bu səbəbdən Danimarkaya 17 futbolçu ilə yollanıb. Andre Onana, Marten Stekelenburq, Davi Klassen, Rayan Qravenberx və Duşan Tadiç kimi oyunçular heyətdə yer almayıb.
Bu gecə keçiriləcək "Midtyullan" - "Ayaks" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
