Uels Futbol federasiyası Rayan Giqqzi müvəqqəti olaraq millinin baş məşqçisi postundan uzaqlaşdırıb. Sportal.az xəbər verir ki mütəxəssis qarşıdakı 3 matçda yığmaya rəhbərlik etməyəcək.
Məlumatı federasiyanın saytı yayıb. Giqqzi ABŞ, İrlandiya və Fransa ilə görüşlərdə köməkçiləri Robert Peyc və Albert Steyvenberq əvəzləyəcək.
Giqqzin yığmadan kənarlaşdırılmasına səbəb son günlər yaşadığı qalmaqaldı. Sevgilisini döyməkdə şübhəli bilinən çalışdırıcı bir neçə saat polis bölməsində saxlanılıb. O, istintaq başlayanadək sərbəst buraxılıb.
