Millimizin üzvündən ÇL-də gözəl qol - VİDEO

11:32 - 4 Noyabr 2020

Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Vüsalə Seyfəddinova UEFA Çempionlar Liqasında gözəl qola imza atıb.

Sportal.az xəbər verir ki, Türkiyənin FK ALG Spor klubunda çıxış edən millimizin yarımmüdafiəçisi Çempionlar Liqasının ilkin təsnifat mərhələsində Albaniyanın “Vllaznia” komandasına qarşı oyunda fərqlənib.

Qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə yekunlaşdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən Albaniya təmsilçisi növbəti mərhələyə yüksəlib.

 

Xəbər xətti