Qara Qarayev: "Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq"

21:34 - 4 Noyabr 2020

"Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin III turunda "Sivasspor"la oyun öncəsi keçirilən mətbuat konfransında fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, o, Türkiyə təmsilçisi ilə matçın ağır səfərlərindən biri olduğunu söyləyib:

"Rəqib də bizim kimi xal qazanmayıb. Hər iki komanda xal qazanmaq üçün meydana çıxacaq. “Sivasspor” haqqında xoş sözlər deyə bilərəm. Komanda olaraq rəğbətimizi qazanan bir kollektivdi. Sabah bizim üçün çətin olacaq, amma əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq".

Xəbər xətti