"Sivasspor"dan Azərbaycana dəstək

22:36 - 4 Noyabr 2020

"Sivasspor" Avropa Liqasının qrup mərhələsinin III turunda qarşılaşacağı "Qarabağ"la matçdan əvvəl Azərbaycana dəstək olub.

Sportal.az xəbər verir ki, qarşılaşmanın keçiriləcəyi "Yeni Sivas 4 Eylül" stadionunda Azərbaycan və Türkiyə bayraqları asılıb. Bu fotonu sosial şəbəkə hesabında paylaşan "Qarabağ" Türkiyə klubuna "Təşəkkürlər, "Sivasspor" mesajını göndərib.

Sabah keçiriləcək "Sivasspor" - "Qarabağ" oyununa Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.

Xəbər xətti