Qurbanovlu "Samtrediya" qələbə qazandı

00:38 - 5 Noyabr 2020

Gürcüstan çempionatında XV turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” doğma meydanda “Merani”yə qalib gəlib – 2:0.

Nicat da bu görüşün iştirakçısı olub. Mövsümdə 4 qola imza atan Qurbanov bu oyunun 46-cı dəqiqəsində meydana buraxılsa da, fərqlənə bilməyib.

15 turdan sonra hesabında 19 xal olan “Samtrediya” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti