Alaba Avropa nəhənglərinin hədəfində

17:53 - 5 Noyabr 2020

"Bavariya"nın yeni müqavilə ilə bağlı razılığa gələ bilmədiyi David Alabanın müştəriləri artır.

Sportal.az xəbər verir ki, Avropanın bir sıra nəhəng klubları avstriyalı müdafiəçinin xidmətində maraqlıdı. "Liverpul" və "Mançester Siti"dən sonra "Yuventus", "Real", və PSJ də Alaba mübarizəsinə qoşulub.

28 yaşlı sol cinah müdafiəçisi 2011-ci ildən "Bavariya"da çıxış edir. Onun Münhün klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Xəbər xətti