"Mançester Siti" yanvarda Lionel Messiyə müqavilə təklif edəcək.
Sportal.az "The Telegraph"a istinadən xəbər verir ki, argentinalı futbolçu qışda "Barselona" ilə müqaviləsinin sonuna 6 ay qalacağından digər klublarla danışıq aparmaq hüququna sahib olacaq. "Mançester Siti" isə "Barselona"dakı maliyyə və idarəçilik problemlərindən yararlanaraq, ulduz futbolçunu razı salmağa çalışacaq.
2004-cü ildən Kataloniya klubunda çıxış edən messi burda 34 kubok qazanıb. O, ötən "transfer pəncərəsi" zamanı komandanı tərk etmək fikrinə düşmüşdü.
